Tramp bilmədən gizli sənədi ifşa etdi


22:33     12 İyun 2019 19_06_12_1560363179.jpg

"Washington Post" qəzetinin əməkdaşı ABŞ və Meksika arasında imzalanmış gizli müqavilənin bir hissəsinin fotoşəklini çəkib .
Azvision.az -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp daha öncə bildirmişdi ki, Meksika ilə bağlanmış sazişin əsas detalı hələ ictimaiyyətə açıqlanmayıb.

Meksikanın XİN rəhbəri Marselo Ebrard isə bu məlumatı təkzib etmişdi. Onun sözlərinə görə, sazişin bütün şərtləri ötən həftə elan olunub.



Donald Tramp jurnalistlərin şübhəsini yayındırmaq məqsədi ilə ABŞ-la Meksika arasında bağlanmış miqrasiyaya dair gizli memorandumun imzalandığı kağızı göstərib.

"Washington Post" qəzetinin əməkdaşı Cebin Botsford sənədin şəklini çəkməyi bacarıb. Beləliklə, sənədin mətnini qismən oxumaq mümkün olub.

"Meksika hökuməti, milli qanunvericilik çərçivəsində razılaşmanın qüvvəyə minməsi üçün bütün lazımi addımları atacaq və buna 45 gündən çox vaxtın getməyəcəyi nəzərə alınacaq” - deyə sənəddə bildirilir.

Açar sözlər:

Oxunub: 514