Sumqayıtda iki mənzildə meyit tapılıb


09:12     13 İyun 2019 19_06_13_1560402784.jpg


Sumqayıt şəhərinin ayrı-ayrı ünvanlarında ölüm hadisəsi qeydə alınıb.


APA xəbər verir ki, 20-ci məhəllə ev 2-də yaşayan 1983-cü il təvəllüdlü Talıbov Elçin Rüstəm oğlunun meyiti aşkar olunub. Onun nə səbəbdən öldüyü hələlik məlum deyil.

Corat qəsəbəsində isə əvvəl məhkum olunan 1973-cü il təvvəllüdlü Fətəliyev Rasim Gülmalı oğlunun meyiti yaşadığı evdən tapılıb.

Hər iki ölümün səbəbləri Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.

Açar sözlər: #Sumqayıt  

Oxunub: 330