Gədəbəydə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
10:01 13 İyun 2019
Gədəbəydə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, iyunun 12-də axşam saatlarında Gədəbəy rayonu Qumlu kənd sakini Zamiq Allahverdiyevin sağ gözünün kəsilmiş göz yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Z. Allahverdiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxunub: 325
Oxşar xəbərlər
- Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var
- Gədəbəydə avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb
- Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb
- Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb
- Gədəbəydə qanunsuz tikintinin qarşısı alınıb
- Gədəbəydə buzlu yol avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var
- Gədəbəydə qadına əzab verən şəxsin məhkəməsi başlayır
- Gədəbəydə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsi anılıb
- Gədəbəydə yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
- Gədəbəydə toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundular