MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi minaatanlardan atəşə tutub


10:14     13 İyun 2019 19_06_13_1560406516.jpg

“İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm-lik minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib”.

Bu barədə Müdafiə Nazirliyindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib.


Müdafiə Nazirliyi düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları təqdim edir.





Açar sözlər:

Oxunub: 369