Maşında narkotik daşıyan şəxs saxlanılıb
10:48 13 İyun 2019
Qaxda avtomobildə çətənə bitkisi daşıyan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az
-ə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonu Gərəkli kənd sakini Xəlil İsaxəliyev saxlanılıb. Ona məxsus “ Opel” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qadağan olunmuş 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı X.İsaxəliyev həmin narkotik tərkibli bitkiləri Qax rayonu Qorağan kəndi ərazisində yetişdirdiyini bildirib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Femida.az
Oxunub: 273
Oxşar xəbərlər
- Maşından külli miqdarda pul oğurlandı
- Maşından 2 kq-dan artıq heroin götürüldü
- Maşından meyit tapıldı
- Maşından 3 qadın və 1 kişinin meyiti belə çıxarıldı (18+VİDEO)
- Maşından bank kartı oğurlayıb pul çıxardı
- Maşından 2000 manatlıq oğurluq olub
- Maşından oğurluq edən şəxslər tutulub
- Maşından “TT” markalı tapança çıxdı
- Maşından 14 min manat oğurlanıb
- Maşından yarım kilo heroin çıxdı