Maşında narkotik daşıyan şəxs saxlanılıb


10:48     13 İyun 2019 2019/06/cetene_180818__(1)_1560408560.jpg

Qaxda avtomobildə çətənə bitkisi daşıyan şəxs saxlanılıb.



Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az
-ə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonu Gərəkli kənd sakini Xəlil İsaxəliyev saxlanılıb. Ona məxsus “ Opel” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qadağan olunmuş 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı X.İsaxəliyev həmin narkotik tərkibli bitkiləri Qax rayonu Qorağan kəndi ərazisində yetişdirdiyini bildirib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 272