“Bu xəbərlər şayiədir” - Mədəniyyət Nazirliyi
12:24 13 İyun 2019
“Bakıdakı "Qrifonlu ev” kimi tanınan tarixi binanın sökülməsi ilə bağlı yayılan xəbərlər şayiədir".
Femida.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
O bildirib ki, bina yerli əhəmiyyətli tarixi abidədir:
“Abidənin təmir olunması üçün layihə Mədəniyyət Nazirliyinə təqdim olunub. Abiədədə təmir-bərpa işləri həyata keçiriləcək, onun sökülməsindən söhbət gedə bilməz”.
Qeyd edək ki, Facebook sosial şəbəkəsində binanın söküləcəyi iddia olunub.
Bina memar İ.V.Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilib. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi yerləşib. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayıb.
Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq sonradan səfirlik başqa yerə köçürülüb.
Femida.az
Oxunub: 990
Oxşar xəbərlər
- “Buta Airways” Kiyevə uçuşları ləğv edib
- “Bu bəyannamə əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”-Prezident (VİDEO)
- “Bu şəxslərin açıq havada maska taxmasına lüzum yoxdur” - AÇIQLAMA
- “Bu il xəzinədə 500 milyon manat qalıq gözləyirik” - Samir Şərifov
- “Bu Qələbə Sizin güclü iradənizin sayəsində əldə edildi”- Prezidentə yazırlar
- “Bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır” - Prezident
- “Bu səfər Fransanın neytrallığına kölgə salır” - Hikmət Hacıyev
- “Bütün cəbhəboyu vəziyyət Ordumuzun nəzarətindədir” - General
- “Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün ağır olacaq” - Baş prokuror
- “Bu, mənim erməni xalqına sözümdür” - Prezident