İqbal Ağazadənin qohumunun meyiti tapıldı


12:57     13 İyun 2019 19_06_13_1560416274.jpg

Bakıda “Ümid” partiyasının sədri və Milli Məclisin sabiq deputatı İqbal Ağazadənin qohumu Loğman Abbasovun meyiti tapılıb.

Bununla bağlı Oxu.Az-a Xətai rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumdur ki, iyunun 11-i, saat 07:30-da 49 yaşlı Abbasov Loğman Xudam oğlu Məhəmməd Hadi küçəsində yerləşən evdən çıxıb və geri qayıtmayıb. İyunun 12-si, saat 09:30-da üzərində zorakılıq əlamətləri olmayan cəsədi Sadıqcan küçəsi 52 saylı binanın qarşısında tapılıb.

İlkin ehtimallara görə, ölümə beyinə qan sızması səbəb olub. Qeyd edək ki, o, İqbal Ağazadənin əmisi oğludur.

Açar sözlər:

Oxunub: 458


Oxşar xəbərlər