Yevlaxda narkoitk əkən şəxslər tutuldu


15:11     13 İyun 2019 cetene_kolu_0018.jpg

Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Yuxarı Salamabad kənd sakini E.Hüseynovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən 42 ədəd çətənə kolu və 1,7 kiloqram marixuana aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini X.İsaxəliyevin çay kənarında kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu idarə etdiyi “Opel” markalı avtomobildən aşkar edilərək götürülüb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında Maştağa qəsəbəsində yaşayan Ə.Bağırovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 729