Bakıda əcnəbi vətəndaşı soyan şəxslər saxlanılıblar


16:01     13 İyun 2019 ogurluq51.jpg

Bakıda əcnəbi vətəndaşı soyan şəxslər saxlanılıblar.



Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 342