Qənirə Paşayeva Beynəlxalq Qadınlar Klubunun 25 illiyində
16:08 13 İyun 2019
Millət vəkili Qənirə Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 25 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə çıxış edib.
Femida.az xəbər verir ki, Beynəlxalq Qadınlar Klubunun rəhbərliyini və üzvlərini təbrik edib, daha da böyük uğurlar diləyib. Bir sıra xarici ölkələrdən gəlmiş qonaqların iştirak etdiyi tədbirdə Beynəlxalq Qadınlar Klubunun fəaliyyəti dövründə həyata keçirdiyi işlərin, layihələrin, xeyriyyə tədbirlərinin təqdirəlayiq olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bu kimi tədbirlərin davamlı olmasını diləyib. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb və görülən işlərdə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb.
Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir. Millət vəkili Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində həyata keçirilən işlər barədə də məlumat verib. Millət vəkili Qənirə Paşayeva tədbir çərçivəsində Beynəlxalq Qadınlar Klubunun üzvləri, xaricdən gəlmiş fəal qadınlar ilə görüşüb, fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Mehriban Əliyeva Prezidentin ən yaxın silahdaşıdır - Qənirə Paşayeva
- Qənirə Paşayeva ermənilərin Özbəkistanda törətdiyi cinayətlərdən danışıb
- Qənirə Paşayeva qadın nazirlər Qarabağ həqiqətlərindən danışdı
- Qənirə Paşayeva ABŞ, Almaniya və İspaniyanın fəal qadınları ilə görüşüb
- Qənirə Paşayeva Qazaxıstan nümayəndə heyəti ilə görüşdü
- Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib
- Yunus Oğuzun imza mərasimi keçirilib
- Qənirə Paşayeva qırğız yazarları ilə görüşüb
- Qarabağ həqiqətləri Tatarıstan Dövlət Şurasının Komitə sədrinə çatdırıldı
- Qənirə Paşayeva çinli qadınlara Qarabağ həqiqətlərindən danışdı