Gəncə polisləri qan verdi


16:12     13 İyun 2019 2019/06/3df42d1f-3e91-4af7-b156-248559e6c57d_1560427931.jpg


Gəncədə  polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Şəhər Baş Polis İdarəsinin və tabeli qrumularının şəxsi heyəti fəal iştirak ediblər. Onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər.



Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər, sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.





Femida.az

Açar sözlər: #Gəncə   #polis  

Oxunub: 525