Tibb işçilərinin döyülməsi MM-də müzakirə edildi


16:38     13 İyun 2019 milli-meclis.jpg

Yaxınlarda Bərdədə iş başında olan təcili tibbi yardım işçilərinə qarşı zorakı hadisə sadəcə bir cinayət hadisəsi deyil. Bu, səhiyyə işçilərinə mənfi psixoloji təsir bağışlayır.


Femida.az xəbər verir ki, bunu Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” qanunun müzakirəsi zamanı çıxış edən deputat Rəşad Mahmudov deyib.

Millət vəkili qeyd edib ki, bu kimi məsələləri deputat həmkarı Musa Quliyev bir neçə dəfə qaldırıb:

“Hesab edirəm ki, təcili tibbi xidmət zamanı tibbi personala olan zorakılıq polis və digər dövlət qurumları əməkdaşlarına qarşı edilən addım kimi qiymətləndirilməli və bu, qanunda öz əksini tapmalıdır. Bunun üçün lazımdırsa, qanuna maddə əlavə olunmalıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 406