Qara Qarayev prospektində tıxac aradan qaldırıldı


16:48     13 İyun 2019 2019/06/bna_130619_01_3120860358.jpg

Bakının Nizami rayonu, Qara Qarayev prospektində nəqliyyatın sıxlığı aradan qaldırılıb.



Bu barədə Femida.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, Q.Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzi və "8-ci kilometr" bazarının qarşısından keçən hissədə hazırda avtomobillərin dayanma, durma qaydalarına riayət etməsilə bağlı tədbirlər görülür:

"Görülən tədbirlər nəticəsində ərazidə tıxac yaranmır, avtomobillərin normal hərəkəti təmin edilib".



Femida.az

Açar sözlər:

Oxunub: 507