Oman körfəzində tankerlərə hücum


17:06     13 İyun 2019 19_06_13_1560431214.jpg

İyunun 13-də Oman körfəzində iki neft tankeri hücuma məruz qalıb.

Bu barədə “Press TV” məlumat verir.

İran mətbuatı gəmilərin olduğu ərazinin yaxınlığında partlayış səslərinin eşidildiyini bildirir.

Hücuma məruz qalmış tankerlərin ekipajları Oman və Pakistan dəniz limanlarına həyəcan siqnalı göndərib.

Qurbanlar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Həmçinin gəmilərin hansı ölkənin bayrağı altında üzdüyü məlum deyil.

Açar sözlər:

Oxunub: 342