Əfqanıstanda partlayış : 8 ölü, 11 yaralı var


17:20     13 İyun 2019 efqanistan3.jpg

Əfqanıstanın Cəlalabad şəhərində partlayışın törədilməsi nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.


"Report" RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli hakimiyyət nümayəndələri yayıb.

Bildirilib ki, hadisə iyunun 13-də Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verib. Məlumata görə, partlayışı terrorçu-kamikadze törədib.

Bir müddət əvvəl nəzarət-buraxılış məntəqəsi yaxınlığında partlayışın baş verməsi barədə xəbər yayılmışdı.

Açar sözlər:

Oxunub: 295