İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina verilib


17:40     13 İyun 2019 mubariz_gurbanli_%20(1).jpg

İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina veriləcək.


Femida.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib:

“Hazırda həmin binada təmir işləri aparılır. İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir. Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.

M.Qurbanlı əlavə edib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək:

“Hazırda Mənəvi Dəyərlərin Təbliği Fondu kirayə binada yerləşir. Bundan sonra hər qurum eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 639