Türkiyəli məşqçi Təbriz komandasının başına keçdi


19:52     13 İyun 2019 19_06_13_1560441098.jpg

İran Premyer Liqasında çıxış edən "Traktor" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Femida.az "Farsnews"a istinadən xəbər verir ki, Təbriz təmsilçisi türkiyəli Mustafa Denizliyə tapşırılıb. 70 yaşlı mütəxəssis son olaraq ölkəsində "Kasımpaşa" klubunda çalışıb.

Qeyd edək ki, Mustafa Denizli 2013-2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. O, İranın "Persepolis" və "PAS Tehran" komandalarına da rəhbərlik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 642