"Xaş-xaş 2019": Həyətində çətənə yetişdirəşəxs2019 saxlandı


20:03     13 İyun 2019 2019/06/IMG-20190613-WA0018_3120883952.jpg

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Yuxarı Salamabad kənd sakini Elçin Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi çəkisi 1 kiloqram 735 qram olan, 20-65 santimetr uzunluqda 42 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də istifadə etmək məqsədi ilə saxladığı çəkisi 1 kiloqram 705 qram olan mqrixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 922