"İnterpol" daha bir azərbaycanlını axtarışa verdi


20:47     13 İyun 2019 19_06_13_1560444534.jpg

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

Femida.az-ın məlumatına görə, 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib.

"İnterpol" həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 458