Çin səfiri Azərbaycanı tərk edir
21:52 13 İyun 2019
Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Çin arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcudluğu vurğulanıb.
Vey Cinhua fəaliyyət müddəti ərzində Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinə və bu səfər çərçivəsində baş tutmuş Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü, eləcə də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İnin bu yaxınlarda Bakıya ilk rəsmi səfəri də daxil olmaqla, tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Səfir Vey Cinhua Çinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyinə dair mövqeyini bir daha ifadə edib.
Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Vey Cinhuana təşəkkür edib. O, ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirib. Nazir ölkəmizin Çinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə dəstək verməklə bağlı prinsipial mövqeyini alqışladığını vurğulayıb.
E.Məmmədyarov Səfiri Vey Cinhuaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Femida.az
Oxunub: 371
Oxşar xəbərlər
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Çin Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
- Çin Yerin məsafədən zondlanması üçün iki peyk buraxıb
- Çingiz İsmayılov Moskvada dünyasını dəyişib
- Çin şirkəti Rusiyaya PUA satışını dayandırıb
- Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib
- Çin və Azərbaycan liderləri arasında məktub mübadiləsi olub
- Çin lideri Azərbaycan Prezidentini təbrik edib
- Çinlə məhkumların verilməsi haqqında müqavilə imzalanıb
- Çində partlayış olub, ölən və yaralanan var