Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO


09:57     14 İyun 2019 19_06_14_1560491891.jpg

Göyçay rayonunda zəncirvari qəza olub, 4 avtomobil toqquşub.

Hadisə Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Lada Priora” markalı avtomobil “VAZ 2106”, “Nissan” markalı avtomobillərə, “Nissan” isə “Mercedes” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

“Lada”nın sürəti çox yüksək olduğundan o, qəzadan sonra yoldan çıxıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 378