Kürdəmir və Ağcabədidə ev yanıb


09:55     14 İyun 2019 yangin_38673636.jpg

Kürdəmir rayonunun Muradxan kəndində yanğın olub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 190 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və çardağı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata əsasən, Ağcabədi rayonunun Cəfərbəyli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 248