Masallıda piyadaları maşın vurub


10:30     14 İyun 2019 piyada5.jpg

Masallı rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə rayon ərazisində, şərti olaraq "Stansiya" adlandırılan yerdə qeydə alınıb.

Belə ki, "Ford" markalı avtomobil Masallı rayon sakinləri - 1989-cu il təvəllüdlü Şahbazov Fərhad Valeh oğlunu və 1993-cü il təvəllüdlü Hüseynov Anar Aydın oğlunu vurub. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 262