Maşınla vurulan şagird xəstəxanadan evə buraxılıb


10:47     14 İyun 2019 xestexana5.jpg

Ötən gün Xırdalanda avtomobillə vurulan şagird xəstəxanadan evə buraxılıb.



Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat veriblər. Bildirilib ki, şagird 2006-cı il təvəllüdlü Qurbanəliyev Qurbanəli Kərəm oğlunun xəsarətləri ciddi olmadığından bir müddət sonra evə ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, ötən gün günorta saatlarında 2 saylı məktəbin qarşısında minik avtomobili 9 saylı məktəbin şagirdini vurub.(Trend)

Femida.az

Açar sözlər:

Oxunub: 311