Biznesmen, milyarder, mediamaqnat... - 73 yaşlı ABŞ prezidenti


11:47     14 İyun 2019 19_06_14_1560498705.jpg


Donald Tramp, Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti. Femida.az-ın məlumatına görə, bu gün onun doğum günüdür. Demokratiyanın beşiyi sayılan Amerika liderinin 73 yaşı olur. 14 iyun 1946-cı ildə Nyu Yorkda yerləşən Kuins şəhərində anadan olub.

Ailədəki 5 uşaqdan biri olan Tramp alman əsilli amerikalıdır. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar. Babası ABŞ-a 1885-ci ildə miqrasiya edib, 1892-ci ildə vətəndaşlıq alıb. Prezidentin anası isə şotland əsillidir.

Uşaqlıq və yeniyetmə illəri

Tramp Kuinsdə yaşayarkən, çətinliklərlə üzləşib. Valideynləri onun enerjisini və özünə inamını lazımi yola yönəltmək ümidi ilə 13 yaşında «Nyu-York hərbi akademiyası»na göndəriblər. Orada Tramp məktəbin mükafatlarını alıb, futbol və beysbol komandalarında oynayıb. Hətta 1964-cü ildə “prestijli məşqçi" mükafatını alıb.


Tramp atası ilə

Tramp özünün "Sövdələşmə məharəti" kitabında tələbəlik illəri haqqında yazır:

"1964-cü ildə Nyu-York hərbi akademiyasını bitirdikdən sonra mən kino məktəbinə daxil omaq barədə düşünürdüm. Amma sonda fikirləşdim ki, daşınmaz əmlak sahəsi gəlirli işdir. Fordem Universitetində oxumağa başladım. Amma iki ildən sonra başa düşdüm ki, kollecdə təhsil mənim üçün elə oxumamağıma bərabərdir. Ona görə də Pensilvaniya Universiteti tərkibindəki Uorton Biznes Məktəbinə ərizə verdim və qəbul olundum. Oranı bitirən kimi evə qayıdaraq atamın yanında işə başladım”.

O, 1968-ci ildə Uorton Biznes Məktəbini iqtisadiyyat ixtisasını maliyyə işləri üzrə ixtisaslaşan bakalavar dərəcəsi ilə bitirdi. Bu zaman onun atasının şirkəti daşınmaz əmlak bazarında liderlik edirdi.



Karyerası

Gənclik illərində xəyalı Hollivudda kinorejissor olmaq idi. Lakin atasının onu Nyu-Yorkda bir körpü açılışına aparması ilə fikirləri tam dəyişdi. Tramp karyerasına atasının yanında başladı. Daha sonra atasının məsləhəti ilə Bruklinddə, Kuinsdə və Staten-Aylenddə orta təbəqə üçün nəzərdə tutulan evlərin icarəsi ilə mşğul oldu. O, hələ kollecdə təhsil alarkən Ohayo ştatında, Sinsinati şəhərində 1200 mənzillik binanın modernləşməsini öhdəsinə götürmüşdü. Prosesə başlayanda mənzillərin 66 faizi icarədə idi, Donald isə onu 100 faizə çatdıraraq binanı sata bildi. Bunun sayəsində Tramp binanı "Svift-Villic" şirkətinə 12 milyon dollara satır və 6 milyon dollar təmiz gəlir götürdü.



1971-ci ildə Manhettenə gələn Tramp burada böyük imkanlar gördü. Manhettehdə memar layihələndirilməsinə görə böyük gəlir gətirə bilən tikinti layihələri həyata keçirmək mükün idi. Donald ilk növbədə köhnə Pensilvaniya sahələrində inşaat icazəsi aldı. Sonradan iflas olan Kommodor hotelini modernləşdirməklə onu yeni "Qrand- Hayatt" hotelinə çevirmək üçün 40 faizlik vergi güzəştinə nail oldu. Nyu-York mərkəzində bələdiyyənin 20 milyon dollarla 6 ilə başa çatdıra bilmədiyi inşaatı Tramp 6 ayda 3 milyon dollarla başa çatdırdı.

O, prezident olana qədər biznesmen kimi bir çox işlərlə məşğul olub: mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, gözəllik müsabiqələrinin təşkilatçısı, televiziyada proqram rəhbəri, azartlı oyun və hotel biznesində ixtisaslaşan “Trump Entertainment Resorts” şirkətinin yaradıcısı...

Seçkilər

2015-ci ildə Donald Tramp bir il sonra keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqladı. 2016-cı ilin mayında Respublikaçılar Partiyasının faktiki namizədi oldu. 8 noyabr prezident seçkilərində rəqibi - demokrat Hillari Klintonu üstələyərək ABŞ prezidenti seçildi. Seçkilərdə Tramp 46,1 faiz, Klinton isə 48,2 faiz səs toplamışdı. Klinton daha çox səs toplamasına baxmayaraq, prezidentliyə lazım olan 270 şəhərdən səs ala bilmədiyi üçün Tramp qalib oldu. Siyasətçilər, dünya ölkələri, hətta amerikalılar özü belə bunu gözləmirdi. 20 yanvar 2017-ci ildən Tramp səlahiyyətlərinin icrasına başladı.


Anti-müsəlman siyasət

Tramp seçki kampaniyası zamanı anti-müsəlman və immiqrantların əleyhinə çıxışlar edir, Meksika - ABŞ sərhədinə divar çəkdirəcəyini deyirdi. Onun anti-immiqrant ifadələri də bir çox təşkilatlar, hətta Roma Papasının da təniqidə səbəb oldu. Tramp müsəlmanların amerikalılara nifrət etdiyini iddia edirdi. Suriyalı qaçqınları geri qaytarmağı vəd edən Donald İŞİD-i məhv edəcəyini, terrorçuların neftlə əlaqələrinin kəsəcəyini bildirirdi. Trampın anti-immiqrant siyasəti təkcə müsəlmanlara yönəldilmiş deyildi, ölkədə qeyri-qanuni yaşayan 11 milyon insana da qarşı idi. Tramp Rusiya və Vladimir Putinlə daha sağlam münasibətlər qura biləcəyini, İranla nüvə anlaşmasını ləğv erdəcəyini vəd etdi.

Prezident seçildikdən sonra İngiltərə baş naziri Uinston Çörçilin büstünü Ağ Evdəki yerinə qoydurdu. İlk iş həftəsində 15 qərar qəbul etdi. Bunların da əksəriyyəti namizədlik dövründə verdiyi vədlər idi. Meksika sərhədinə divar çəkilməsi böyük etirazlara səbəb oldu. ABŞ abortu dəstəkləyən beynəlxalq təşkilatlara dəstəyini kəsdi. İraq, Suriya, Yəmən, İran, Sudan, Somali və Liviya vətəndaşlarına viza verilməsinə qadağa qoyuldu. Suriyalı qaçqınların ölkəyə buraxılması prosesi dayandırıldı.



Ailəsi

Donald lüks malikanələrdə yaşamağı sevir. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. Onun indiyə kimi aldığı ən bahalı evin qiyməti 20 milyon dollara yaxındır. Bundan başqa onun bir neçə lüks malikanələri və avtomobilləri var.

1981-ci ildə qardaşı Frederik Tramp içki aludəçiliyindən vəfat edib. ABŞ prezidenti ümumilikdə 3 evlilik həyatı yaşayıb. Bu evliliklərdən 5 övlad - 3 oğlan, 2 qız dünyaya gəlib. Donald ilk olaraq çexiyalı model İvana Zelniçkova ilə evlənib. 1992-ci ildə boşanmalarına rəğmən yaxın əlaqələri uzun müddət davam edib. 1997-ci ildə aktrisa Marla Mapleslə evlənən Tramp 2 il davam edən evlilikdən sonra 1999-cu ildə evliyiyi sonlandırıb. 3-cü evliliyi isə slovan model Melaniya Trampla olub (hazırki həyat yoldaşı). Tramp 2016-cı ildə "Forbes"-in dünyanın ən varlı 400 insanı siyahısında yer alıb.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #ABŞ   #Amerika   #Tramp   #prezident  

Oxunub: 799