110 min tələbə və doktorantın təqaüdləri artırılıb
12:16 14 İyun 2019
“Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısı ildən-ilə artır. Təhsil sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mütərəqqi addımlar davam etdirilir".
Femida.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Qubadlı rayonu Hal orta məktəbinin "Son zəng" tədbirində çıxışında deyib.
Nazir bildirib ki, bu il 110 min tələbə və doktorantın təqaüdləri artırılıb: "Bununla yanaşı, ölkə Prezidentinin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari ilin martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayının 2019-2020 tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub".
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb