Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib


13:36     14 İyun 2019 2019/06/ca80f9b1-52d4-476c-8750-c6b61cfe0c8c_1560505898.jpg


Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.


Femida.az xəbər verir ki, bu barədə keçmiş baş nazir Pənah Hüseyn məlumat yayıb.

Mərhumun kürəkəni Aqil Səmədbəyli bildirib ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib.

O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: "Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi".

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: "Biz şokdayıq".

Femida.az

Açar sözlər: #Elçibəy  

Oxunub: 1346