Türkiyədə erməni dilində kanal yayıma başladı

Türkiyədə erməni dilində kanal yayıma başladı


14:46     14 İyun 2019 19_06_14_1560509269.jpg


Türkiyədə erməni dilində telekanal yayıma başlayıb. Femida.az xəbər verir ki, jurnalist Aram Quranın rəhbəri olduğu "Luys TV"dən söhbət gedir.


Kanalın fəaliyyətinin 70 faizi erməni, 30 faizi türk dilində olacaq. Bu il yanvarında test yayımına başlayan kanal bu gündən etibarən peyk yayımına başlayıb. Kanalın rəhbəri Türkiyədə yayımlanan xəbərləri erməni dilinə tərcümə edərək yayımladıqlarını bildirib:

“Həftənin panoraması şəklində Türkiyə telekanallarında verilmiş bütün xəbərləri erməni dilində yayımlayırıq. Həftəsonları 20.00-da əsas xəbər bülleteni təqdim edirik. Qısa müddətdə gündəlik xəbərlər bloku da təqdim olunacaq. TRT rəhbərliyi də sağolsun ki, arxivlərinə müraciət etdik və müsbət cavab verdilər. Eyni zamanda milli azlıqlara aid sənədli filmləri yayımalamaq üçün bizə icazə verdilər”.

Femida.az

Açar sözlər: #Türkiyə   #erməni  

Oxunub: 1394