Bakıda iki azyaşlı itkin düşüb
16:46 14 İyun 2019
Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb.
2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08:00 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.
Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu Polis Bölməsinə müraciət ediblər.
Hazırda yeniyetmələrin axtarışları davam edir.
Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkindüşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də, günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu, 1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb. / oxu.az
Femida.az
Oxunub: 349
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb