Türkiyədən ABŞ-a sərt ittiham
18:08 14 İyun 2019
ABŞ Suriyanın Mənbic şəhəri üzrə Türkiyə-ABŞ “yol xəritəsi”nin gerçəkləşdirilməsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
“Anadolu” agentliyinin məlumatına görə, belə bir bəyanatla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
“ABŞ və koalisiya qüvvələri YPG ilə əməkdaşlıq edir, onlara dəstək göstərirlər. İndi isə onları (Mənbicdən - red.) çıxarmaqda çətinlik çəkirlər. Bir il əvvəl Mənbic üzrə razılıq əldə olunmuşdu, YPG terrorçuları tərk etməli idi, niyə hələ də oradan çıxmayıblar?” - deyə nazir ritorik sual ünvanlayıb.
Xatıraldaq ki, Türkiyə və ABŞ hərbi komandanlığı silahlı kürd birləşmələrin Mənbicdən çıxarılması ilə bağlı tədbirlər planını 2018-ci ilin yay aylarında razılaşdırıb.
Ona qədər Ankara Vaşinqtondan hərbçilərini Hələb bölgəsindən çıxarmasını tələb edirdi, belə ki, Suriya ilə cənub sərhədini terrorçulardan təmizləmək üçün əməliyyat keçirməyə hazırlaşırdı.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədən gətirilən bu maddələrdən vergi tutulmayacaq
- Türkiyədən Azərbaycana yeni minatəmizləyən avadanlıqlar gətirilib - VİDEO
- Türkiyədən gətirilən hind quşu qiyməsi yararsız çıxıb
- Türkiyədən Azərbaycana yeni mühəndis texnikası gətirilib
- Türkiyədən daha 136 nəfər minatəmizləyən Azərbaycana gəlib
- Türkiyədən Azərbaycana sement ixracı azalıb
- Türkiyədən Ermənistana: PKK-YPG terrorçuları Qarabağı tərk etməlidir
- Türkiyədən Azərbaycana işləmək üçün gələnlərin sayı artıb
- Türkiyədən daha 178 Azərbaycan vətəndaşı təxliyə edildi