Baş Prokurorluq ana və qızının intiharı ilə bağlı cinayət işinə başladı


17:15     14 İyun 2019 bas_prokuror.jpg

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib.


Bakı Şəhər Prokurorluğundan Femida.az-a verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı, 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizaları təyin edilib və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bəzi saytlar intihar edən şəxslərin “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızı olduğunu yazıb. “Respublika” qəzetindən “Report”a bildirilib ki, redaksiyada İsmayıl Allaverdiyev adlı şəxs çalışmır.

Femida.az

Açar sözlər:

Oxunub: 416