Murad Köhnəqala həbsdən buraxılıb

Murad Köhnəqala həbsdən buraxılıb


19:20     14 İyun 2019 19_06_14_1560524666.jpg

Şair Murad Köhnəqala həbsdən buraxılıb.



Bu barədə Femida.az-a şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

O bildirib ki, dostları onun aliment borcundan 3 min manatını ödəyib. Qalan məbləğin ödənilməsi üçün ona 10 gün möhlət verilib. Ş.Göytürk həmçinin qeyd edib ki, Murad Köhnəqala qalan pulu ödəməsə onun barəsində cinayət işi başlanacaq.

Qeyd edək ki, Murad Köhnəqala ötən gün Tovuz rayon Məhkəməsinin qərarı ilə 15 günlük inzibati həbs cəzasına məhkum edilib. Şairin birinci həyat yoldaşına 12 min manat aliment borcu var.

Açar sözlər:

Oxunub: 127