“Tankerlərə hücuma görə İran günahkardır” - Tramp


19:58     14 İyun 2019 19_06_14_1560526474.jpg

ABŞ prezidenti Donald Tramp Oman körfəzində neft tankerlərinə edilən hücumlara görə İranı günahlandırıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bundan əmin olduğunu bildirib.

İran isə ittihamları tamamilə rədd edib. Ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ittihamların əsassız olduğunu bildirib.


Qeyd edək ki, ötən gün səhər saatlarında Oman körfəzində iki neft tankerinə hücum olunub. Nəticədə tankerlərdən biri batıb. Hər iki tankerin heyəti təxliyyə edilib.

Açar sözlər:

Oxunub: 378


Oxşar xəbərlər