Ukrayna gəmisinin kapitanı azadlığa buraxıldı


20:12     14 İyun 2019 19_06_14_1560526619.jpg

Sevastopol məhkəməsi Viktor Novitskini sərbəst buraxıb.

Femida.az “Rosbalt”a istinadən xəbər verir ki, ona 440 min rubl dəyərində kompensasiya ödəniləcək. “ЯМК-0041” gəmisinin kapitanı qanunsuz balıq ovu etməkdə ittiham olunurdu.

Qeyd edək ki, Novitskinin gəmisi 2018-ci ilin mayında Krım sahilində saxlanılıb. O, həmin vaxt öz vəzifəsindən sui-istifadə edərək su bioloji resuslarının qanunsuz əldə olunmasında günahlandırılıb.

Açar sözlər:

Oxunub: 441