Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüb


20:28     14 İyun 2019 19_06_14_1560527269.jpg

Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüblər.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadəni xəsarət alıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs reanimasiya şöbəsinə qəbul edilib.
Bildirilir ki, qəzaya uğrayan avtomobil taksi xidməti göstərirmiş. Hadisə zamanı avtomobildə olan sərnişinlərin 4-ü də məzun olub.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 588