Bakıda 3 məzun dənizdə boğuldu - YENİLƏNİB


21:12     14 İyun 2019 2019/06/A4D1C448-1E3E-4497-BBFA-7DB572959202_1560532380.jpeg

Buzovna çimərliyində üç məzunun dənizdə boğulması barədə məlumat vermişdik.

Femida.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, suda boğulan gənclərdən birinin meyiti tapılıb. Ölən gəncin adının Rəhim olduğu bildirilir.

***

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

Femida.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olublar.

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

"Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb. Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir".

Femida.az

Açar sözlər:

Oxunub: 1249