Qobustan qoruğunda yanğın söndürülüb

Qobustan qoruğunda yanğın söndürülüb


21:42     14 İyun 2019 yangin%20qubada%20mese.jpeg



Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 10 ha sahədə quru ot və kol-kos yanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 231