Ali Məhkəmə atasını öldürən tələbə ilə bağlı qərar verdi
10:33 15 İyun 2019
Bakıda atasını öldürən Laçın Novruzov Ali Məhkəməyə müraciət edib.
Femida.az-ın APA-ya istinadən məlumatına görə, L. Novruzov məhkəməyə ünvanladığı kassiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmə baxışı yaxın günlərdə təyin ediləcək.
Qeyd edə ki, qətl 2017-ci ilin yanvarın 4-də, gecə saat 23:00-da Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Laçın Novruzov yaşadıqları evdə 1965-ci il təvəllüdlü atası Mehman Məmmədovla mübahisə edib. Mübahisə Mehman Məmmədovun içki içməsindən qaynaqlanıb. Laçın atasına 20 bıçaq zərbəsi endirib. Mehman hadisə yerində vəfat edib.
Asəf Zeynallı adına Musiqi Kollecinin 3-cü kurs tələbəsi olan Laçın Novruzov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Novruzov 10 il müddətə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.
Femida.az
Oxunub: 580
Oxşar xəbərlər
- Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib
- Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
- Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
- Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib
- Ali Məhkəmə “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı qərar elan edib
- Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb
- Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatıb
- Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib