Ankara və Bakı qardaşlaşmış şəhərlər olacaq


12:03     15 İyun 2019 19_06_15_1560588151.jpg

Ankara və Bakı qardaşlaşmış şəhərlər olacaq.

Femida.az-ın məlumatına görə, bunu Ankaranın meri Mənsur Yavaş Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşü zamanı deyib.

Mer bildirib ki, iki şəhər arasında qardaşlaşma barədə sazişin məhz onun rəhbərliyi dövründə imzalanacağı qürurvericidir.

M.Yavaş əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın uğurları ilə fəxr edir: “Qardaş Azərbaycanın bayrağını harada görsəm, ürəkdən sevinirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 659