İki ayda 5 evi yardı


13:20     15 İyun 2019 hebs_58.jpg

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 21-də Gəncə şəhəri ərazisində subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 15 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Əsgərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin fevral-may ayları ərzində Gəncə şəhəri ərazisindəki beş evdən pul, məişət əşyaları və inşaat materialları, habelə daha bir quyunu elektrik enerjisi ilə təmin edən naqilin 30 metrlik hissəsini kəsərək oğurlaması müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 342