Xırdalanda qəza - Ölən var

Xırdalanda qəza - Ölən var


14:25     15 İyun 2019 qeza_yeni.jpg

Xırdalan şəhərində “Mondial” markalı moped beton maneəyə çırpılıb.

Femida.az Abşeron Rayon Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə iyunun 14-də qeydə alınıb. Qəzanı Sumqayıt şəhər sakini İlkin Bəkirov törədib. Nəticədə sərnişin, Bakı şəhər sakini Nuray Etibarqızı hadisə yerində ölüb.

Qəza ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 266