Elçibəyin həyat yoldaşı dəfn olunub

Elçibəyin həyat yoldaşı dəfn olunub


16:07     15 İyun 2019 2019/06/9351937F-1C65-4117-883D-3A1CA3E7B779_1560600553.jpeg

Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dəfn olunub.

Femida.az-ın məlumatına görə, mərhumun cənazəsi Ordubad rayonunun Kələki kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib. Yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 283