Lənkəranda Milli Qurtuluş Günü qeyd olunub


16:14     15 İyun 2019 2019/06/1DF2EB88-1B06-46D3-A3A9-F74D832FB59C_1560600957.jpeg

Lənkəran rayonunda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirilib.

Femida.az xəbər verir ki, bayram tədbirində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektiv üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısı ümummilli liderin abidəsi önünə çiçəklər düzdükdən sonra ümümxalq ziyarəti başlanmış və minlərlə lənkəranlı gül-çiçək dəstələri ilə Azərbaycan xalqının böyük xilaskarı, vətənpərvər Heydər Əliyevin Vətənimizin azadlığı və dövlətçiliyimizin xilası yolunda göstərdiyi tarixi xidmətlərinə dərin hörmət və ehtiramını ifadə etmək üçün onun abidəsini gül-çiçək dəstələri ilə ziyarət ediblər.

Həmin gün Heydər Əliyev Mərkəzində də qələbəlik olub, İcra başçısı və tədbir iştirakçıları mərkəzdə Heydər Əliyev muzeyinə baş çəkib oradakı eksponatlara bir daha tanış olublar.

Tədbir şəhər Mədəniyyət mərkəzində elmi-praktik konfrans və bayram konserti ilə yekunlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 535