Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub


17:46     15 İyun 2019 2019/06/17-45-49-205d04f2afdd208_1560606395.jpg

Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, müvafiq əmrlə ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ceyhun Əli oğlu Həsənov tutduğu vəzifədən azad edilərək İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ceyhun Həsənov əvvəllər də uzun müddət icra aparatında müavin və birinci müavin vəzifələrində çalışıb.

Açar sözlər:

Oxunub: 1229