Türkiyədə sabiq deputatın qohumlarının torpaq davası: dörd nəfər öldürüldü


19:58     15 İyun 2019 19_06_15_1560613203.jpg

Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunun Çəltik məhəlləsində silahlı insident zamanı dörd nəfər öldürülüb.

“Hurriyet” məlumat verir ki, hadisəyə ərazi münaqişəsi səbəb olub.


Bildirilib ki, insident Şanlıurfadan olan sabiq millət vəkili Zülfüqar İzolun qardaşları və əmisi uşaqları arasında baş verib.

Hadisə zamanı dörd nəfər ölüb, doqquz nəfər güllə yarası ilə xəstəxanalara çatdırılıb.

Məlumata əsasən, yaralıları aparan maşın qarşıdan gələn avtomobillə toqquşub. Hadisə nəticəsində digər avtomobildə olan iki nəfər də dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 413