Yevlaxda baş vermiş qəzada xəsarət alanlardan biri dünyasını dəyişib
21:14 15 İyun 2019
Yevlaxda baş vermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.
Digər yaralıların müalicəsi davam etdirilir.
***
Saat 19:35
Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Malbinəsi kəndi yaxınlığında qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobilinin “QAZEL” markalı yük maşını ilə toqquşması nəticəsində biri ağır olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 2001-ci il təvəllüdlü Qədirli Yusif Qaragöz oğlu və onun qardaşı, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu xəstəxanaya yerləşdiriliblər. Elşən Xəlilovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 434
Oxşar xəbərlər
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
- Yevlaxda narkotacirlər saxlanılıb
- Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var
- Yevlaxda gənc qadın dəm qazından boğularaq ölüb
- Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var
- Yevlaxda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
- Yevlaxda qəsdən yanğın törədən şəxs saxlanılıb
- Yevlaxda kişi arvadını və qohumunu güllələyib, ölən var
- Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb