Bakıda 52 yaşlı kişi binadan yıxılıb öldü


09:12     16 İyun 2019 binadan%20yixildi.PNG


Bakıda 52 yaşlı kişi çoxmərtəbəli yaşayış binasından yıxılaraq ölüb.

Femida.az FNH-ə istinadən bildirir ki, hadisə şəhərin Suraxanı rayonunda qeydə alınıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri binanın qarşısında olan dəmir konstruksiyalardan ibarət hasarda asılı vəziyyətdə qalan şəxsin meyitini dəmir barmaqlıqların üzərindən götürərək aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 645