Azərbaycan, Rusiya və İran prezidentləri Soçidə görüşəcək


10:57     16 İyun 2019 2019/06/FB9F6351-5E01-4848-AD9C-C1928EFA4830_1560668389.jpeg

Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani bu ilin avqust ayında Soçidə görüşəcək.

Femida.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryev bildirib.

"İran və Şimali Qafqaz: tarix və əməkdaşlıq perspektivləri" konfransının açılışında çıxış edən S. Çebotaryev deyib ki, avqust ayında Soçidə Azərbaycan, Rusiya və İran prezidentləri arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 688