Azərbaycanlılar Fuad Abbasovun həbsinə etiraz edib
15:59 16 İyun 2019
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar bu ölkədə həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Arbitiraj Məhkəməsinin qarşısında aksiya keçiriblər.
Femida.azReport-a istinadən xəbər verir ki, soydaşlarımız aksiyaya Fuad Abbasovun fotoları ilə qatılıblar.
Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təsiscilərindən olan Ramiz Mikayılov aksiyaya qoşulma məqsədlərindən danışıb: "Məqsədimiz Rusiyada həbsdə saxlanılan azərbaycanlı jurnalist barədə səsimizi bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir".
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.
Femida.az
Oxunub: 480
Oxşar xəbərlər
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsi keçirilib
- Azərbaycanlılara qarşı ermənilərin nifrət cinayətləri - HESABAT
- Azərbaycanlılar Britaniya hökumətinə və beynəlxalq təşkilatlara müraciət edib
- Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb
- Azərbaycanlılar bir ildə Türkiyədə 1300-ə yaxın ev alıb
- Azərbaycanlılar Belçika bələdiyyəsinin Qarabağla bağlı qərarını dəyişdirdi
- Azərbaycanlılara işgəncə vermiş erməni həbs olundu
- Azərbaycanlılar Niderland polisinə təşəkkür ediblər
- Azərbaycanlılar BMT-nin qərargahı qarşısında aksiya keçirdi